Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hesabat verib.
Teleqraf.com xəbər verir ki, o, parlamentin beynəlxalq əlaqələr üzrə komissiyasının “Respublika” partiyasından olan sədri, deputat Armen Aşotyanın suallarına cavablandırıb.
Paşinyanın Tacikistandan qayıtdıqdan sonra Azərbaycan prezidenti ilə operativ əlaqə saxlamalı olduğunu xatırladan Aşotyan baş nazirdən bu istiqamətdə irəliləyişə nail olub-olmadığını soruşub.
Paşinyan suala belə cavab verib: “Təəssüf ki, hələlik operativ əlaqə qura bilməmişəm. Lakin qeyd etməliyəm ki, son dövrlər cəbhədə vəziyyət nisbətən sakitləşib”.