ABŞ-da dəhşətli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, Cənubi Karolina şətatının Florens şəhərində atışma baş verib.
Polis axtarış aparmaq üçün şəhərdəki evlərdən birinə daxil olmağa cəhd edərkən, ev sahibinin müqaviməti ilə üzləşib. Silahlı sakinin açdığı atəş nəticəsində 1 polis əməkdaşı ölüb 6-sı yaralanıb.
Hadisə yerinə statin bütün polis qüvvələri cəlb edilsə də, ev sahibi ailəsi ilə birlikdə 2 saata yaxın müqavimət göstərib və sonda təslim olub.
İnsidentlə bağlı Donald Tramp öz “tviter” hesabından ölən polis əməkdaşının ailəsinə baş sağlığı verib.
Faktla bağlı araşdırma aparılır.