4 Oktyabr 2018 14:51
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiyadan 30 min ədəd vaqon tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna parlamentinin yuxarı palatasının vitse-spikeri İrina Qeraşenko açıqlama verib.

O qeyd edib ki, bu vaqonlar Avropa Bankından alınan kredit hesabına əldə olunub və onların ödənişi hələ başa çatmayıb.

Parlamentari həmçinin əlavə edib ki, bu vaqonlar Rusiyanın hücumundan sonra işğal olunmuş ərazilərdə qalıb və Moskva onları təmir edərək geri qaytarmalıdır.

Məsələ ilə bağlı rəsmi Moskva açıqlama verməyib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər