4 Oktyabr 2018 16:19
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Ermənistan parlamentinin növbədənkənar iclası çağırılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə qərar bu gün hökumətin iclasında qəbul edilib.

İclasın çağırılmasına səbəb “Bayramlar və xüsusi günlər haqqında” qanuna əlavə və dəyişikliklər edilməsidir.

Ermənistanın Baş naziri Nikol Paşinyan xatırladıb ki, oktyabrın 7-dən ölkədə Frankofoniya günləri start götürür və buna görə də 2 gün qeyri-iş günü elan etmək vacibdir. Onun sözlərinə görə, bu səbəbdən sözügedən qanuna dəyişiklik ediləcək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər