Ermənistanın hakim Respublika Partiyasından olan keçmiş millət vəkili Feliks Tsolakyan fəvqaladə hallar naziri təyin edilib.
Teleqraf.com xəbər verir ki, o, erməni mətbuatına açıqlamasında bu barədə yayılan məlumatları təsdiqləyib.
Tsolakyan Baş nazir Nikol Paşinyandan aldığı təklifə razılıq verdiyini bildirib.
Qeyd edək ki, Respublika Partiyası ilə yanaşı, “Çarukyan” bloku və Daşnaksütyun Partiyası parlamentin tənzimlənməsi haqqında qanuna düzəliş edən layihənin əleyhinə səs verib.
Bundan sonra Nikol Paşinyan “Çarukyan” blokundan olan bütün nazirləri vəzifəsindən uzaqlaşdırılacağını açıqlayıb. Daha əvvəl fövqaladə hallar naziri postunu bu blokadan olan Xraçya Rostamyan tuturdu.
Onu da əlavə edək ki, Feliks Tsolakyan Ermənistan keçmiş prezidenti Serj Sərkisyanın mühafizə xidmətinin rəisi olub.