Ukraynalı hərbi ekspert Valentin Badrak şok açıqlama verib.
Teleqraf.com xəbər verir ki, ekspert açıqlamasında Kiyevin minlərlə kilometr aralıda istənilən hədəfi vura biləcək raketlərin istehsalına başlaya biləcəyini qeyd edib.
Bu raketlərlə hətta Moskvanı da vura biləcəklərini istisna etməyən ekspert son dövrlərdə Rusiya ilə münasibətlərin getdikcə kəskinləşməsinə diqqət çəkib.
Badrak əlavə edib ki, bu silahlar danışıqların formatını da dəyişəcək.