Rusiya İndoneziyaya “Su-35” qırıcılarını göndərməyi təxirə salıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb ABŞ-ın Rusiyadan hərbi texnika alışına görə tətbiq edəcəyi sanksiyalar olub.
Oktyabrda çatdırılacaq ilk “Su-35”lərin təhlükəsiz şəkildə İndoneziyaya gəlməsinə rəsmi Cakarta təminat verməyib və buna görə də Rusiya tərəfi sövdələşmədən geri çəkilib.
Qeyd edək ki, kreditlə 11 hərbi təyyarə üçün tələb olunan məbləğ bir neçə ilə ödənilməli olsa da, pul köçürməsini həyata keçirəcək bank ABŞ-ın sanksiyalarından çəkinərək, kredit verilməsinə razılıq verməyib.