7 Oktyabr 2018 00:39
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı öz təhlükəsizliyi qarşılığında ABŞ-a heç nə ödəməyəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Səudiyyə vəliəhdi Məhəmməd ibn Salman deyib.

O qeyd edib ki, ölkəsi 2 il əvvəl başqalarından silah almaq istəsə də, Donald Trampın hakimiyyətə gəlişindən sonra daha 10 il silahı ABŞ-dan almağa qərar verib. Bunun üçün Səudiyyə Ərəbistanı 400 milyard dollar xərcləyib:

“Öz təhlükəsizliyimiz üçün heç nə ödəməyəcəyik. Aldığımız bütün silahların xərcini qarşılamışıq. Bizə pulsuz heç nə verməyiblər. Biz münasibətləri pulla alırıq...”.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər