6 Oktyabr 2018 17:18
1 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Mühafizəkarlarının komandan müavini Hüseyin Səlami sərt bəyanatla çıxış edib.

Teleqraf.com xəbər verir ki, orduya qoşulan yeni könüllülər qarşısında çıxışı zamanı general İsrail baş nazirini təhdit edib.

“Qoy o, Aralıq dənizində üzməyə başlasın. Çünki dənizdə də əlimizdən qaça bilməz” – deyə açıqlama verən general “Hizbullah”ın İsraili məhv etmək gücünə sahib olduğuna diqqət çəkib.

Komandan müavini əlavə edib ki, ABŞ bölgədə müharibə üçün 7 trilyon dollar ayırsa da, məğlub olub.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər