6 Oktyabr 2018 22:38
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Altay əyalətinin Barnaul qəsəbəsində törətdiyi qanunsuzluğa görə pişik mühakimə edilib.

Teleqraf.com xəbər verir ki, dördayaqlı cinayətkar şəhərin elektrik xəttində qəza şəraiti yaratmaqda ittiham olunub.

Pişik elektrik cərəyanının idarəedici pultunun avadanlıqları üzərində gəzərək onları sıradan çıxarıb və nəticədə şəhər elektrik enerjisindən məhrum olub.

Məhkəmə pişiyə 78 min rubl məbləğində cərimə kəsib. Heyvanın sahibi cəriməni ödədikdən sonra isə pişik sərbəst buraxılıb.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər