7 Oktyabr 2018 12:54
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Pxenyana səfər edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Pompeo bir gün əvvəl Tokioda Yaponiyanın Baş naziri Sindzo Abe və Xarici İşlər naziri Taro Kono ilə görüşüb.

“Pxenyan səfərindən əvvəl bizim görüşməyimizdə məqsəd Şimali Koreyanın raket proqramları, həmçinin kimyəvi və bioloji silahlarına münasibətdə birgə hərəkət etdiyimizə əmin olmaqdır”, – Mayk Pompeo qeyd edib.

O, Şimali Koreya tərəfindən oğurlanmış yaponlar haqqında məsələyə də toxunacağını bildirib.

Yaponiyanın Baş naziri Sindzo Abe isə hazırki danışıqların ABŞ-la Yaponiya arasındakı münasibətlərin heç vaxt olmadığı qədər güclü olduğunu göstərəcəyini deyib.

Qeyd edək ki, Pompeonun Çin və Cənubi Koreyaya da səfər edəcəyi gözlənilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər