Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini doğum günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, A.Lukaşenko məktubunda V.Putinin Rusiyanın qüdrətinin artmasında və rifahının yüksəldilməsindəki rolunu vurğulayıb.
“Tam əminəm ki, bizim qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan dialoqumuz bundan sonra da Belarus və Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına hərtərəfli köməklik göstərəcək”, – deyə A.Lukaşenko vurğulayb.
Belarus Prezidentinin məktubunda daha sonra deyilir:
“Rusiya Prezidenti qardaş rus xalqının ümummilli lideridir. O, Rusiyanın üzləşdiyi müasir dövrün bir sıra çağırışlarını və təhdidlərini dəf edir”.
Qeyd edək ki, bu gün V.Putinin 66 yaşı tamam olur.