7 Oktyabr 2018 18:34
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beş gün əvvəl yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqcı Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda öldürülüb və sonra cəsədi konsulluqdan çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi türk rəsmilərə istinadən xəbər yayıb.

“Türk polisinin ilkin dəyərləndirməsinə görə, Qaşıqcı İstanbuldakı konsulluq binasında öldürülüb. Cinayətin əvvəlcədən planlaşdırıldığı və cəsədin konsulluq binasından çıxarılaraq harasa aparıldığına inanırıq”,- adının açıqlanmadığı türk rəsmisi “Röyter”ə belə deyib.

Xatırladaq ki, jurnalist oktyabrın 2-də konsulluğa gedib və oradan çıxmayıb. Həmin ərəfədə konsulluğun binasına Səudiyyə Ərəbistanından iki təyyarə ilə 15 məmur gəlibmiş. Sonradan bu şəxslər Səudiyyəyə qayıdıb.


Müəllif: Cavad

Oxşar xəbərlər