7 Oktyabr 2018 19:17
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bursada keçirilən toy mərasimində Nəcmi Çelik adlı Türkiyə vətəndaşı öldürülüb.

Teleqraf.com xəbər verir ki, hadisə Bursanın İnegöl qəsəbəsində baş verib.

Toy mərasimi zamanı dəvətlilərdən bəziləri havaya atəş açmağa başlayıb. Bu zaman güllələrdən biri 55 yaşlı Nəcmi Çeliyin baş nahiyəsinə dəyib. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Toyda bir neçə nəfər silahdan atəş açdığı ümünNəcminin kim tərəfindən vurulması bəlli olmayıb.

Bursa prokurorluğu artıq araşdırmalara başlayıb. Toy mərasiminin video kaseti araşdırılacaq və Nəcminin kim tərəfindən vurulduğu bu yolla müəyyən ediləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər