ABŞ-ın dövlət katibi Mayk Pompeo bazar günü Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyanda bu ölkənin lideri Kim Çen In ilə görüşdə məhsuldar müzakirələr aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, tərəflər Sinqapur sammitində imzalanan birgə bəyanatda əks olunan dörd maddəni müzakirə ediblər. KXDR lideri müfəttişləri tamamilə söküldüyünü təsdiqləmək üçün Pungiri nüvə sınağı poliqonunu ziyarət etməyə dəvət edib. Tərəflər, həmçinin ABŞ və KXDR liderləri arasında ikinci Zirvə görüşünün yeri və vaxtı ilə bağlı fikir mübadiləsi aparıblar.