İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Xunvey istefa verib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat beynəlxalq polisin "Twitter" səhifəsinə yerləşdirilib.
Men Xunveyın səlahiyyətləri müvəqqəti olaraq Cənubi Koreya vətəndaşı Kim Yonq Yanqa həvalə olunub.
Bildirək ki, 64 yaşlı Men Xunvey sentyabrın 29-da Çində təyyarədən endiyi vaxt hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Onun itkin düşməsi barədə ərizəni polisə Xunveyin Lionda yaşayan həyat yoldaşı verib.
2016-cı ildə Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Xunvey "İnterpol"un prezidenti seçilib.