Rusiya baş prokurorunun müavini Saak Karapetyanın da olduğu qəzaya düşmüş helikopterlə bağlı ilginc bəyanat yayılıb.
Teleqraf.com xəbər verir ki, “Danışır Moskva” radiosu prokurorluqda olan əməkdaşlardan aldığı məlumata görə, qəzaya səbəb əlverişsiz hava şəraiti deyilmiş.
İddiaya görə, helikopterin qəzaya düşməsinə səbəb pilotun uçuş zamanı güllənməsi olub.
Helikopterin qəzaya uğradığı yerə baxış zamanı orada xeyli ov tüfəngi aşkar edilib. Məlum olub ki, tüfənglərdən birindən qəzadan bir neçə dəqiqə əvvəl atəş açılıb. Bu fakt isə hüquq-mühafizə orqanlarının əməkdaşlarında pilotun öldürülməsi ilə bağlı şübhə yaradıb.
Faktla bağlı araşdırmalar davam edir.