9 Oktyabr 2018 00:45
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət büdcəsindəki pulları mənimsəməkdə təqsirləndirilən İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu məhkəmənin ilk iclasında hakim qarşısına çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 59 yaşlı Sara Netanyahu haqqındakı iddiaları rədd edib.

Məhkəmə prosesi noyabrın 13-ə təxirə salınıb.

İddialara görə, Sara Netanyahunun evində aşpaz çalışsa da, o, bunu təkzib edib. Məlumata görə, baş nazirin xanımı 100 min dollarlıq hazır yemək sifariş verib. Onun 2010-cu ildən 2013-cü ilədək dövlət büdcəsinin pulu ilə yüzlərlə yemək sifariş etdiyi deyilir.

İsrailin dövlət rəhbərliyində olan şəxslərin evində aşpaz olduğu halda kənardan hazır yemək üçün büdcə pulundan istifadə etməsi qadağandır.


Müəllif: Leyla

Oxşar xəbərlər