Niderlandın Rusiyadakı səfiri Rene Cons-Bos Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, səfir Niderlandın Rusiyanı kiberhücumlarda ittiham etməsi ilə bağlı izahat verib.
Qeyd edək ki, bir neçə gün əvvəl Niderland Müdafiə Nazirliyi Kimyəvi Silahların Ləğvi üzrə Təşkilata haker hücumu ilə bağlı Rusiyanı ittiham etmişdi.
Həmin hücumun dörd Rusiya vətəndaşı tərəfindən həyata keçirildiyi bildirilmişdi.
Rəsmi Moskva bu ittihamları inkar edib.