Güney Azərbaycanın bir sıra şəhərlərində ölkədə baş verən iqtisadi böhrana etiraz olaraq tətil elan edilib.
Teleqraf.com xəbər verir ki, Təbriz, Qoşaçay və Əbhərdə iqtisadi böhrana etiraz edən bazarla tətilə gediblər.
Təbrizin ən böyük bazarı olan Darayi də fəaliyyətini dayandırıb. Dükanlar fəaliyyətlərini dayandırdıqdan sonra Darayi xiyabanına çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb olunub.
Qoşaçay və Əbhərdəki sahibkarlar da tətillərə qoşulublar.
Sahibkarlar İran hökumətini iqtisadi böhrana qarşı tədbir görməməkdə ittiham edirlər.