9 Oktyabr 2018 16:00
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi dünyanın ən gərgin nöqtələrindən biri Əfqanıstandır. SSRİ-nin 1979-cu ildə Əfqanıstana müdaxiləsi ilə bu ölkədə dini təmayül, məzhəb ideologiyası gücləndi. ABŞ məhz din faktorundan istifadə edərək, yerli qüvvələri SSRİ-yə qarşı mübarizəyə köklədi. 2001-ci ildə Əfqanıstan ABŞ tərəfindən istila edildikdən sonra daxili müharibə mərhələsinə daxil olan bu ölkədə əsasən, dini təmayüllərin güclənməsi özünü göstərdi. Hətta ölkənin böyük bir hissəsini ələ keçirməyi bacaran “Taliban” Hərəkatı din amilindən sui-istifadə edərək, orta məktəbləri ləğv etdi, radio və televiziyaları bağladı.

Ancaq tarixi fotolar göstərir ki, dinin indiki qədər siyasiləşmədiyi dönəmlərində Əfqanıstanda modern bir cəmiyyət mövcud idi.

Teleqraf.com Əfqanıstanda 1970-ci illərdə çəkilən fotoları təqdim edir:


Müəllif: Cavad

Oxşar xəbərlər