9 Oktyabr 2018 21:40
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni həll yollarının axtarışı imkanlarını görür.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz prezident Donald Trampın Qarabağ münaqişəsinin həlli üçün yeni imkanların yaranması barədə bəyanatını şərh edərkən deyib.

“Düşünürəm ki, Trampın bəyanatında sirr yaxud gizli mesajlar yoxdur. Biz ölkələrdə siyasi prosesləri görürük. Bu, ötən il Azərbaycanda keçirilən seçkilər və may ayında Ermənistanda baş verən hadisələrdir. ABŞ prezidentinin müraciəti onunla bağlıdır ki, o, hər iki ölkədə Qarabağ münaqişəsinin nizamlanmasında yeni həll variantlarının axtarılmasına kömək edəcək yeni impuls və əhval-ruhiyyə görür”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Tramp Ermənistanın müstəqillik günü münasibəti ilə baş nazir Nikol Paşinyana göndərdiyi təbrik məktubunda yaxın aylarda Qarabağ nizamlanması üçün yeni imkanların açılacağını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər