10 Oktyabr 2018 00:55
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika körfəzində formalaşan “Maykl” fırtınası ikinci kateqoriyayadək güclənib.

Teleqraf.com xəbər verir ki, hazırda Panama Siti şəhərindən (Florida ştatı) 630 kilometr cənubda yerləşən “Maykl” saatda 19 kilometr sürətlə ABŞ sahillərinə doğru irəliləyir. Küləyin sürəti saatda 155 kilometrə çatır. Meteoroloqlar Meksika körfəzinin şimal-şərq sahillərində mümkün güclü yağışlar və külək barədə xəbərdarlıq ediblər.

Yaxınlaşan fırtına ilə bağlı ABŞ-ın Alabama və Florida ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Ötən gün “Maykl” Salvador, Nikaraqua və Honduras sahillərini vurub. Təbii fəlakət Mərkəzi Amerikada azı 13 nəfərin həyatına son qoyub.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hakimiyyət orqanları “Maykl” fırtınasının gəlişinə hazırdır. Fövqəladə Hallar Agentliyi lazım olan bütün köməyi göstərəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər