Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan 2018- ci il Orta Doğu Türk Universitetində”Tayyiblər aləmi”adlı etiraz plakatı açdıqdan sonra həbs olunan, 1 ay sonra isə sərbəst buraxılan 4 tələbəni çay süfrəsinə dəvət edib.
Teleqraf.com xəbər verir ki, Ərdoğanın vəkili vasitəsilə çatdırılan bu ismarıca tələbələr müsbət cavab verib.
Bu dəvət sosial qütbləşməni sonlandırmaq üçün yaxşı bir addım sayılır.
Qeyd edək ki, Ərdoğan həmçinin müxalif fikirli məşhur bəstəkar Fazıl Sayı çaya dəvət etməyi düşünür.