Türkiyə tarixində, xüsusilə 1990-cı illərə qədər kriminal avtoritetlər təkcə ölkə daxilində deyil, xaricdə də meydan sulayırdılar.
Teleqraf.com bu dəfə Türkiyənin məşhur cinayətkarları kimi təqdim edilən şəxslərin dosyelərini təqdim edir.
Abdulla Çatlı:
İpəkçi cinayət hadisəsi zamanı istifadə olunan ikinci avtomobildə olub. Papaya sui-qəsd edən Ağçanın Maltəpə həbsxanasından qaçırılmasını təşkil edib. Sui-qəsdən sonra Ağçanı evində saxlayıb. Məşhur susurluq qəzası zamanı ölüb. Romada verdiyi ifadə sayəsində Oral Çeliki ömürlük həbsdən xilas edib.
Halik Qırıcı:
1978-ci ilin 24 mart tarixində Ankarada prokuror Doğan Özün və apreldə tələbələrin öldürülməsi cinayətində iştirak edib. 1978-ci ildə edama məhkum olunub. Ancaq edamdan xilas ola bilib. 1996-cı ildə İstanbulda həbs olunsa da, həmin gün qaçıb. 1999-cu il yanvarın 10-da yaxalanıb və 4 il həbs cəzası alıb. 2004-cü ilin 18 martında başqasının yerinə səhvən azadlığa çıxıb. Sonradan Ukraynada saxlanılıb və Türkiyəyə ekstradisiya olunub. Hazırda həbsdədir.
Yalçın Özbəy:
Ağça Romada məhkəmə zamanı İpəkçinin Yalçın Özbəy tərəfindən öldürüldüyünü deyib. Özbəy isə bu iddianı rədd edib. Özbəy Ağçanın həbsdən qaçırılması zamanı istifadə olunan avtomobilin ona məxsus olduğunu deyib. Sonradan Almaniyaya gedib. İpəkçi cinayətinə dair məhkəmə zamanı Almaniyadan istənilsə də, onu Türkiyəyə verməyiblər. Hazırda Brüsseldə ticarətlə məşğuldur.
Oral Çelik
İpəkçi cinayətini təşkilatçısı, Papaya sui-qəsd cəhdində vasitəçi şəxs kimi xatırlanır. İsveçrədən Türkiyəyə gəldiyi zaman həbs olunub və cəmi 3 ay həbs yatıb. Onun Malatiyada müəllimi öldürməsinə dair cinayət işi yoxa çıxıb. Malatyaspor klubunun rəhbəri, 50 milyard türk lirəsi sərmayəsi ilə iş adamı olub. Sonradan Papaya sui-qəsdlə bağlı kitab yazıb.
Məhməd Şenər
Barəsində qiyabi həbs qərarı çıxarılıb. Əksər səs-küylü cinayətlərdə adı hallanır. Həbs edilsə də, sonradan azadlığa buraxılıb. Papaya sui-qəsdə görə, ittiham olunub.
Yavuz Çaylan
Ağçanı sui-qəsd edəcəyi yerə Yavuz Çaylan aparıb. Məhkəmə barəsində 10 il həbs cəzası çıxarıb. MHP-nin İstanbul rəhbərliyinə namizəd olub. Amma İpəkçi cinayətində adının daim hallanması səbəbindən namizədliyindən imtina edib. MHP-də fəaliyyətini sürdürüb.
Abuzər Uğurlu
Beynəlxalq silah və narkotik qaçaqçısıdır. Ağçanın maliyyə kassası hesab olunur. Dəfələrlə həbs edilsə də, sonradan azadlığa buraxılıb. MİT rəhbəri Mehmet Eymir “İpəkçi cinayətini Abuzər Uğurludan soruşun” fikrini deyərək ona işarə edib. 1999-cu ildə narkotik ticarəti iddiası ilə həbs edilib. Hazırda həbsdədir.
İbrahim Çiftçi
Prokuror Doğan Özü öldürüb. Bağçalıevlər qətliamında 7 gənci öldürülməsi iddiası ilə məhkəmə önünə çıxarılıb. 4 dəfə edama məhkum olunub. Ancaq hər dəfə məhkəmə qərarı apelyasi məhkəməsi tərəfindən ləğv edilib. Prokurorluq buna etiraz etsə də, Çiftçi bəraət alıb. Sonradan MHP başqanlığına namizəd olub.
Ünal Osmanağaoğlu
1980-cı ildə DİSK lideri Kamal Türklerin öldürülməsində adı keçir. Sonradan xaricə qaçıb. Barəsində 7 dəfə edam hökmü çıxarılıb. Amma buna rəğmən Kamal Türklerin cinayətində bəraət alıb.
Bünyamin Adanalı
Törətdiyi cinayətlərin sayı-hesabı olmayıb. 1999-cu ilin 10 yanvarında keçirilən əməliyyat nəticəsində həbs olunub. Adanada həbs edilərkən Hakteks Limited Şirkətinin sahibi idi. Onunda barəsində 7 dəfə edam hökmü çıxarılıb.
Musa Sərdar Çələbi
Adı İpəkçi cinayətində hallanıb. Çatlının qrupu ilə münasibətləri sonradan gərginləşib. Almaniyada həbs edilsə də, bəraət alıb. Payaya sui-qəsd cəhdinin arxasında MKİ-nin durduğunu bəyan edib. Sonradan Türk İslam Birliyi Təşkilatına rəhbərlik edib. Hazırda Almaniyada yaşayır və kitab yazır.
Mətin Günyol
Milli İstihbarət Təşkilatının xarici kəşfiyyat departamentinin rəhbər müavini vəzifəsini tutub. İpəkçi cinayətini araşdıran MİT əməkdaşı kimi tanınıb. Payaya sui-qəsdən öncə Ağçanı zyarət edib. Onun ülgücüləri bir araya gətirən “Mete Bey” olduğu iddia olunur.
Həsən Hüseyn Şener
Məhməd Şenerin qardaşıdır. Ağçanın həbsdən qaçırılmasına köməklik edib. Heç vaxt həbsxanada yatmasa da, tez-tez həbs edildiyindən hüquq-mühafizə orqanlarının kabinetlərini ən yaxşı tanıyan birisi kimi qiymətləndirilir. Onun hazırda həkimlik etdiyi iddia olunur.