Ermənistanın məşhur komediya aktyoru Ayk Marutyan rəsmi olaraq İrəvan şəhərinin meri olub.
Teleqraf.com xəbər verir ki, İrəvan Ağsaqqallar Şurası onun bu postdakı yerini təsdiq edib.
Qeyd edək ki, Ayk Marutyan sentyabrda keçirilmiş seçkilərdə seçicilərin 81.06%-nin səsini alaraq, paytaxtın yeni meri seçilib. Onun namizədliyi Baş nazir Nikol Paşinyanın “Mənim adım” bloku və iş adamı Qagik Çarukyanın sədri olduğu Çiçəklənən Ermənistan Partiyası tərəfindən dəstəklənib.
Marutyan bu postda hakim Respublika Partiyasının namizədi olmuş Taron Marqaryanı əvəz edib.
Korrupsiyada adı hallanan Marqaryana qarşı cinayət işi açılıb.