ABŞ İran və onun dəstəklədiyi qüvvələr Suriyadan çıxmadığı vaxta qədər bu ölkənin yenidənqurulması üçün maliyyə yardımı ayırmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
Pompeonun sözlərinə görə, bölgədəki son vəziyyət ABŞ-ın Suriyada həyata keçirdiyi missiyaya yenidən baxmaq zərurətini yaradır.
ABŞ Prezidenti Donald Trampın əsas məqsdənin İŞİD terror təşkilatını yox etmək olduğunu deyən dövlət katibi İran və bu ölkə tərəfindən dəstəklənən silahlı qruplaşmaların Suriyadan çıxmasının vacib olduğunu diqqətə çatdırıb:
“Bu baş verməyəcəyi günədək, Suriyaya bir dollar belə verməyəcəyik”.