12 Oktyabr 2018 01:35
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara və Vaşinqton amerikalı keşiş Endryu Bransonun azad edilməsi və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə cümə axşamı "The Washington Post" qəzeti öz elektron versiyasında məlumat dərc edib.

Bildirilir ki, Branson artıq oktyabrın 12-də növbəti məhkəmə iclasından sonra azadlığa çıxa bilər.

Buna cavab olaraq ABŞ administrasiyasının Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ləğvinə və bu cür qərarların qəbul edilməməsinə dair öhdəlik götürdüyü iddia olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər