ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə o, özünün Tvitter hesabında yazıb.
Bolton Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistanı da ziyarət edəcək:
“Oktyabrın 20-də həmkarlarım və digər yüksək rütbəli yetkililərlə Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistana gedirəm”.
O, səfər çərçivəsində bölgənin təhlükəsizlik məsələlərini və ABŞ-ın regiondakı fəaliyyətini müzakirə edəcəklərini diqqətə çatdırıb.