12 Oktyabr 2018 13:09
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Bredli Kuper sevgilisi, model İrina Şeyklə Nyu-Yorkun mərkəzi küçəsi Manhettendə nahar edərkən görüntülənib.

Teleqraf.com xəbər verir ki, bir masada əyləşsələr də, cütlüyün gərin olduğu diqqətdən qaçmayıb. Onlar demək olar ki, danışmayıblar.

“Onlar xoşbəxt görünmürdü. Bir masa arxasında otursalar da, demək olar ki, danışmırdılar. Onlar daha sonra mübahisə etməyə başladılar”, - deyə “Layf” yazır.

Bildirilir ki, cütlüyün münasibətlərinin gərginləşməsinə B.Kuperin Ledi Qaqa ilə münasibət saxlamasına dair yayılan söz-söhbət səbəb olub. Kuperlə Ledi Qaqanın çəkildiyi yeni “Ulduzun doğulması” filmində tərəf müqabilləri qucaqlaşıb, öpüşüb və çox xoşbəxt görünüblər. Nəticədə pərəstişkarlar kameralar arxasında onların münasibətinin olmasından danışmağa başlayıblar. Xüsusilə “Entertainment Weekly” jurnalının üz qabığındakı foto görənləri çox təəccübləndirib. Həmin fotoda məşhurlar bir-birinin ağuşunda əslı sevgililər kimi əks olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər