İsrail kəşfiyyatı Rusiyanın Suriyaya verdiyi “S-300” zentit-raket sistemlərinə rus ordusunun yox, İranın nəzarət etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail kəşfiyyatına bağlı “Debka” saytı məlumat yayıb.
Kəşfiyyatın yaydığı məlumatda deyilir:
“Rusiyanın Suriyaya verdiyi komplekslər İran hərbçiləri tərəfindən idarə olunur. İran bu məqsədlə “S-300PMU-2” sistemlərini idarə edə biləcək, təlim keçmiş operatorlarını Suriyaya göndərib.
Bu, İsrail və ABŞ üçün həm yaxşı, həm də pis xəbərdir. Çünki bu, bir daha İsrailin ordusunu rus hərbçilərlə üz-üzə qoymayacağını göstərir. Yəni, İsrail üçün Rusiya ilə üz-üzə qalmaq narahatlığı aradan qalxdı”.
Kəşfiyyatın açıqlamasında Rusiya və İsrail arasında baş verən təyyarə böhranına da diqqət çəkilir: “Bu hadisəyə qədər “IL-20” qırıcısının Suriyada vurulması İsrail və Rusiyanı üz-üzə qoymuşdu. Bu hadisə “qırmızı xətt” vəziyyətinə gəlmişdi”.