12 Oktyabr 2018 21:14
2 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

40 yaşlı Fransa prezidenti Emanuel Makronun xanımı Bricit Makronun 65 yaşı olduğunu yəqin ki, çoxları bilir.

Bilməyənlər üçün demək istərdim ki, Emanuel Makron hələ 15 yaşında litseydə oxuyarkən, Bricit özünün 3 uşaqları ilə birlikdə ona “Ədəbiyyat və aktyor bacarıqları” fənlərindən dərs deyirdi.

İlk başlanğıcdan Makron öz müəlliməsinin sevimlisinə çevrildi. Müəllim Emanuel ilə birlikdə Pinteranın pyeslərini və Delyozanın işlərini müntəzəm olaraq müzakirə edirdilər.

Onların tez-tez təmasda olmaları qısa zaman ərzində intellektual səviyyədən çıxaraq duyğusal hislərə çevrilir. Bricit anlayır ki, bu dəlilikdir və Makron onun üçün çox kiçikdir. Lakin Makron ona qarşı olan hisslərini cilovlaya bilmədiyini, istəyinin ciddi olduğunu bildirir. Beləliklə, Makron həddi buluğa çatdıqdan sonra da onların daimi təmasda olmaları əsl sevgi romanına çevrilir və 2006-cı ildə 3 uşaq anası Bricit öz həyat yoldaşından rəsmi olaraq boşanır.

Bu yenilik bir rəzalət kimi onların yaşadığı kiçik şəhərdə geniş səs-küyə səbəb olur və onlar şəhərin mühafizəkar sakinləri tərəfindən qınaq obyektinə çevrilir. Gənc Makronun valideynləri bu rəzalətə son qoymaq üçün onu təcili olaraq Parisə təhsilini davam etdirməyə göndərirlər. Makron isə deyir: “Bu, hələ son deyil.”

Nəhayət, inadlarından əl çəkməyən sevgililər 2007 – ci ildə rəsmi olaraq evlənirlər.

İsmayıl Tanrıverdi
BDU-nun Erməni araşdırmaları Elmi Tədqiqat və Tədris mərkəzinin rəhbəri


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər