Qırğızıstanın Cənubi Koreyadakı səfiri Kılıçbek Sultan ölkəsinə qayıtmaqdan imtina edib.
Teleqraf.com xəbər verir ki, K.Sultan keçirdiyi brifinqdə Qırğızıstan Xarici İşlər Nazirliyini korrupsiyada ittiham edib.
İttihamlar araşdırılandan sonra xarici işlər naziri Erlan Abdıldayev istefa verib. Prezident həmçinin K.Sultanın vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bundan sonra K.Sultan bir daha ölkəsinə qayıtmayacağını bəyan edib.