13 Oktyabr 2018 10:40
2 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hüquq-mühafizə orqanlarına təslim olan PKK/PYD terror təşkilatının qadın üzvünün qan donduran etirafı böyük rezonans doğurub.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, sentyabrın 24-də təslim olan qadın PKK-nın əsl üzünü gördüyü üçün onun sıralarından ayrıldığını və qaçdığını söyləyib.

Suriyada terror təşkilatının istifadəsində olan xəstəxanada başqa bir terrorçu tərəfindən təcavüzə uğrayan qadın hamilə qaldığını, doğum üçün 2017-ci ilin sentyabrında başqa xəstəxanaya göndərildiyini söyləyib.

Onun sözlərinə görə, yeni doğulan körpəsi əlindən zorla alınaraq Avropaya satışa göndərilib.

Övladı ilə yanaşı bir çox uşağın Avropada satıldığını deyən qadın terrorçu əvəzində məsul vəzifə ilə mükafatlandırılsa da, PKK-nın əsl simasını gördüyü üçün bundan imtina etdiyini və qaçaraq təslim olduğunu bildirib.


Müəllif: Leyla

Oxşar xəbərlər