ABŞ Prezidenti Donald Trampın dünən Türkiyədə azadlığa buraxılan keşiş Endryu Bransonla Ağ Evdə görüşü başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Oval ofisdə baş tutan görüşdə ABŞ prezidenti ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
“Onunla çox yaxşı əlaqəmiz var. Bu məsələnin daha əvvəl həll olunmamasına çox təəccübləndim. Obama hakimiyyəti bu məsələni həll edə bilmədi. Nələr yaşadığınızı bilirəm, Türkiyə üçün də asan situasiya deyildi. Çox şey yaşandı, Ərdoğana bunu mümkün etdiyi üçün təşəkkür edirəm. Onun üçün də asan deyildi. Bir daha Türkiyəyə gedərsinizmi deyə soruşmaq istəmirəm. Türkiyə ilə problemlər oldu, keçmişə qayıdacağıq”, - deyə Donald Tramp bildirib.
Rahib Endryu Branson da öz növbəsində Tramp administrasiyasına təşəkkürünü bildirib: “Dövlət katibi Pompeo, vitse-prezident Pens və cənab Boltona təşəkkür edirəm. Konqresdə sərbəst qalmağım üçün çalışanlara minnətdaram. Biz orada 25 il yaşadıq, türkləri sevirəm”.