Atlantika rahat ola bilər, qəti sürətdə heç kim onları təhdid etmir.
Axar.az xəbər verir ki, bu sözləri NATO-nun Avropadakı Qoşunlarının rəhbəri Körtis Skaparottiyə cavab olaraq, rusiyalı deputat Anton Morozov deyib. O bildirib ki, Rusiya fərqli siyasət yürüdür:
"ABŞ Şərqi Avropada öz yerini artırmağa çalışan bir məqamda Moskvanın əsas məqsədi Yaxın Şərqdəki terrorçularla mübarizə aparmaqdır. ABŞ Rusiyanı dünyaya fəth edən militarist ölkə kimi göstərməyə çalışır. Amma əslində Moskva tamamilə fərqli siyasət yürüdür”.
Qeyd edək ki, NATO-nun Avropadakı Qoşunlarının rəhbəri Körtis Skaparotti Atlantikanı Rusiyaya qarşı müdafiə etməyə hazır olduqlarını bildirib.