14 Oktyabr 2018 16:05
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın qərb sərhədlərindən Kirmanşah vilayətinə keçən terror qruplaşması zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) məlumat yayıb.

Keçirilən əməliyyatlarda 2 terrorçu öldürülüb. Çoxlu sayda silah və partlayıcı maddə ələ keçirilib.

Kəşfiyyatda verilən açıqlamada zərərsizləşdirilən qruplaşmanın bir sıra ərəb ölkələri tərəfindən dəstəkləndiyi iddia edilib.

Qeyd edək ki, oktyabrın 13-də İran Kürdüstan Demokrat Partiyasına (İKDP) bağlı silahlı peşmərgələri ilə İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) arasında baş verən silahlı qarşıdurmada 6 nəfər həlak olub.

Qarşıdurma İran-İraq sərhədlərinə yerləşən Bidmiri rayonunda baş verib. 3 saat davam edən qarşıdurmada 2 kürd peşmərgəsi həlak olduğu halda, SEPAH-ın 3 hərbçisi həyatını itirib. Hadisə nəticəsində 1 nəfər mülki vətəndaş da həlak olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər