İraqın Basra şəhərində çirkli sudan zəhərlənənlərin sayı 111 mini keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə İraq İnsan haqları Şurası məlumat yayıb.
Bildirilir ki, məktəblərin açılmasından sonra zəhərlənənləri sayı daha da artıb. əhaliyə içməli su adına kanalizasiya sularının verildiyini diqqətə çatdıran İnsan Haqları Şurası hökuməti təcili tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, Basra şəhərində içməli su problrmi və hökumətin pis idarəçiliyinə qarşı keçirilən etirazlar zamanı azı 30 nəfər ölüb, 700-dən çox şəxs yaralanıb.