15 Oktyabr 2018 16:04
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “S-600” və “S-700” zenit-raket sistemləri var.

Teleqraf.com xəbər verir ki, “Rusiya” telekanalında Rusiya Liberal-Demokrat Partiyasının lideri, deputat Vladimir Jirinovski bu iddia ilə çıxış edib.

Jirinovski Rusiyanın Suriyaya “S-300” sistemləri verməsini şərh edib:

“Hamıya məlumdur ki, Rusiyanın “S-300” sistemləri var, buna görə də bununla maraqlanır və qorxurlar. Amerikalılar da qorxurlar.

Bütün dünya ən yaxşı müdafiə sisteminin “S-300” olduğunu görür. Amma indi Rusiyanın “S-400”, “S-500”, “S-600” və “S-700” sistemləri də var. Planetdə bir təyyarə belə havaya qalxa bilməyəcək”.

Zal Jirinovskinin bəyanatını gülüşlə qarşılayıb və tamaşaçılar ona ironiyalı sual ünvanlayıblar: “Yoldaş Jirinovski, “S-1500” haqda nə deyə bilərsiniz?”

Lakin o əhvalını pozmayaraq, “S-700”-ün bu silsilədən olan sonuncu sistem olacağını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu