Rusiya uzun müddət Suriyada qalmaq niyyətindədir, bu məqsədlə bölgəyə əlavə canlı qüvvə və hərbi texnika göndərməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral İnstitutunun hazırladığı hesabatda deyilir.
Hesabatda qeyd edilir ki, Moskvanın bu ərəb ölkəsinə müdaxilə etməsinin əsas səbəbi öz təsir dairəsini genişləndirmək və genişmiqyaslı geosiyasi mübahisələrdən birinin mərkəzində dayanmaqla öz nüfuzunu qaldırmaqdır:
“Rusiya Tartusdakı dəniz bazasını təkmilləşdirir, bu məqsədlə ora əlavə döyüş gəmiləri göndərə bilər. Moskva bu bazadan 49 il müddətinə istifadəni nəzərdə tutan müqavilənin müddətini uzadandan sonra bu addımı atdı.
Saziş Moskvanın Suriya və Şərqi Aralıq dənizində öz hərbi varlığını uzun müddət saxlamağa çalışacağını göstərir.
Şübhəsiz ki, Rusiyanın bu addımı regiondakı münaqişənin uzun müddət davam edəcəyindən xəbər verir. Suriya Rusiyanın hərbi texnikalarının sınanılması üçün təlim yeri olmağa davam edəcək və bu, hərbi personalın hazırlanması üçün mühüm fürsət verəcək”.