15 Oktyabr 2018 19:30
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin sentyabrında Ermənistanda istehlak məhsullarının qiyməti 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Milli Statistika Komitəsi məlumat yayıb.

Komitədə bildirib ki, son dövrlərdə iqtisadiyyatın inkişafında baş verən zəifləmədən sonra ölkədə inflyasiya sürətlənib.

Eyni zamanda, hesabat dövründə ərzaq məhsulları (spirtli içkilər və tütün məmulatları daxil olmaqla) 5,3% artıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri müvafiq olaraq 3,9% və 0,7% artıb.

Sentyabr ayında əvvəlki aya nisbətən istehlakçı qiymətləri 0,3% artıb, bu da əsasən ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətlərinin 1,2% artmasına səbəb olub.

Eyni zamanda, 2018-ci ilin yanvar-sentyabr aylarında 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə qiymətlər 2,6% artıb. Dövlət büdcəsinə görə 2018-ci ildə Ermənistanda inflyasiya 4% (± 1,5%) səviyyəsində planlaşdırılır.

2018-ci ildə Ermənistanda inflyasiya komitənin iqtisadçı qrupu tərəfindən hazırlanan rüblük makroiqtisadi hesabatında göstərildiyi kimi, 4,1% təşkil edəcək. Hesabata görə, 2018-ci ilin I rübündə iqtisadi fəaliyyətin genişləndirilməsi inflyasiya təzyiqini davam etdirib.

Nəticədə, 2018-ci ilin mart ayında istehlak qiymətləri indeksinin illik artım tempi 3,7% səviyyəsinə çatıb.


Müəllif: Mənsur Rəğbətoğlu