16 Oktyabr 2018 00:14
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Viktoriya Marinovanın qətlə yetirilməsi hüquq-mühafizə orqanlarına etibarın azalması ilə nəticələnib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə və məhkəmə orqanları təkcə Bolqarıstan vətəndaşlarına deyil, ölkənin beynəlxalq tərəfdaşlarına nümayiş etdirməlidir ki, belə cinayətlər ölkədə tez bir zamanda araşdırılır və günahkarlar qanunun tam ciddiliyi ilə cəzalandırılır.

Xatırladaq ki, oktyabrın 6-da Bolqarıstanın Ruse şəhərində regional “TVN” telekanalının aparıcısı Viktoriya Marinova qətlə yetirilib. İstintaqçıların fikrincə, cinayətin səbəbi jurnalistin iş fəaliyyəti, xüsusilə, apardığı jurnalist araşdırması ilə əlaqədar ola bilər. Jurnalistin son araşdırması GPGate adlı Avropa İttifaqı fondlarının mənimsənilməsi işi barədə olub.

V.Marinovanın qətlində şübhəli bilinən 21 yaşlı Severin Krasimirov oktyabrın 9-da Almaniyada həbs olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər