16 Oktyabr 2018 02:06
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə saqqalına görə küçəyə çıxmağa utanan qadın son halı ilə hamını təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, ətrafı tərəfindən təcrid olunan gənc qadın ailəsinin dağılmaması üçün Zahidə Yetişin verilişinə üz tutub. Gülsərən adlı qadının başına gələnlər hamını kövrəldib. O, həyat yoldaşının ailəsi tərəfindən də təhqirə məruz qaldığını söyləyib: “Ətrafımda olan insanlar məni elə dışlamışdı ki, canıma qəsd etməyi belə düşünürdüm. Təkcə həyat yoldaşım yanımda oldu, Allah ondan razı olsun”.

Aparıcı Zahidə Yetişin köməkliyi ilə müalicə alan gənc qadının qısa müddətdə dəyişimi görənləri şoka salıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər