16 Oktyabr 2018 14:27
1 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın paytaxtı İrəvanda keçiriəcəyi iclasını ləğv edib.

Teleqraf.com xəbər verir ki, bunu RusiyaDövlət Dumasının MDB işləri üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib.

O bildirib ki, KTMT Parlamentlərarası Assambleyasının iclasının İrəvanda keçirilməsinin təxirə salınması haqda qərar verilib.

Kalaşnikov qeyd edib ki, iclas 29-30 oktyabr tarixlərində Ermənistanda yox, Moskvada keçiriləck. Rus parlamentarinin sözlərinə görə, qərar Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası ilə bağlıdır:

“Göründüyü kimi, erməni parlamenti özünü buraxacaq. Bu mürəkkəb vəziyyət oktyabr ayının sonuna qədər davam edə bilər. Vəziyyət gördüyümüz şəkildə inkişaf etsə, iclası necə İrəvanda kiminlə keçirə bilərik? Oyunçu ilə? Bu məntiqsiz və yanlışdır”.

Kalaşnikov qeyd edib ki, KTMK PA-nın iclası sakit şəkildə Moskvada keçiriləcək: “Ermənistandakı vəziyyət düzələcəyi halda, indiki baş nazir və millət vəkilləri ilə işləyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər