16 Oktyabr 2018 23:02
2 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda yeni siyasi monopoliya qurulur.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan Baş nazir Nikol Paşinyanın istefasına münasibət bildirərkən deyib.

Robert Köçəryan növbədənkənar parlament seçkilərinin keçirilməsinin ölkədə siyasi monopoliyanın formalaşmasına səbəb ola biləcəyini deyib.

"Taktiki planda hər şey aydındır - populyarlığın zirvəsində uğur qazanmaq. Strateji planda isə problemlər görürəm. Yəni siyasətçi kimi sən qalib gəlirsən, amma dövlət xadimi kimi hələ düşünməlisən ki, bunu indi etməyə ehtiyac varmı?" - deyə Köçəryan bildirib.
Eks-prezident hazırki eyforiya şəraitində layiqli parlamentin formalaşdırılmağına şübhə ilə yanaşdığını qeyd edib. O, dövlət maraqları nöqteyi-nəzərindən yeni siyasi monopoliyanın qurulmasının düzgün olmadığı qənaətində olduğunu söyləyib: "Tam hakimiyyət tam məsuliyyət deməkdir. Yəni yeni hakimiyyət formalaşdıqdan sonra ölkədə baş verən bütün hadisələrə cavabdeh olacaq".
Köçəryanın fikrincə, bu birtərəfli parlament ölkədə yeni siyasi monopoliya olacaq.


Müəllif: Nərgiz

Oxşar xəbərlər