Türkiyənin Bursa şəhərində bir qadın sosial şəbəkədə hesabından canlı yayım açaraq insan alverçilərinin əlində düşdüyünü və həyatının təhlükədə olduğunu bildirib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, çağırışından sonra Bursa şəhərinin hüquq mühafizə orqanları tərəfindən polis idarəsinə gətirilən Xədicə adlı qadın verdiyi ilkin ifadədə hər şeyi təkzib edib.
Hadisədən sonra polisə ifadə verən gənc qadının sevgilisi onun narkotik maddə istifadəçisi olduğunu və bütün bunları xəyal etdiyini deyib.
Polis narkotik maddə asılılığı olan qadını ailəsinə təhvil verib.