17 Oktyabr 2018 15:19
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hakim Respublika Partiyası dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı qərar verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə partiya sədrinin müavini Armen Aşotyan jurnalistlərə açıqlamasında bildirib.

Aşotyanın sözlərinə görə, Respublika Partiyası seçkilərdə iştirakla bağlı bir sıra seçimləri müzakirə edir:

“Bu məsələ ilə bağlı partiya daxilində fikir ayrılıqları və müxtəlif təkliflər var. Yekun qərar seçkilərlə bağlı müzakirələr ciddi mərhələyə yönələndə açıqlanacaq”.

Eyni zamanda, Armen Aşotyan Respublika Partiyasının seçkilərin dekabr ayında keçirilməsi məsələsini müzakirə etdiyini diqqətə çatdırıb: “Seçkilərin şəxsi maraqlar üçün belə tələsik keçirilməsi Ermənistanda demokratiyanı məhdudlaşdıracaq. Bu seçkilər ancaq baş nazirin şəxsi maraqlarının təmin edilməsinə xidmət edəcək, belə desək, Paşinyan seçkiləri özü üçün keçirir, Ermənistan üçün yox”.

Partiya rəsmisi ABŞ, Rusiya və region dövlətlərinin Ermənistana təzyiqlərinin artdığını iddia edib: “Daxildə baş verən son olaylardan sonra Ermənistana qarşı kənar təzyiqlər sərtləşib. Lakin baş nazir bunları nəzərə almır və bu təzyiqlər nədənsə onu narahat etmir. Buna baxmayaraq, təzyiqlər vasitəsilə seçkiləri keçirmək səylərini davam etdirir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər