17 Oktyabr 2018 19:11
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ermənistanla sərhədlərini Azərbaycana görə bağlayıb.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Tokat şəhərində keçirilən kitab sərgisinin açılış mərasimində deyib.

Səfir Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi işğalçılıq siyasətinin Türkiyə-Ermənistan münasibətlərini zədələdiyini bildirib:

“Biz Azərbaycan naminə Ermənistan-Türkiyə sərhədlərini bağladıq. Dünyada başqa bir dövlətə görə öz sərhədini bağlayacaq ikinci ölkə yoxdur”.

Hulusi Kılıç əlavə edib: “Qarabağın azadlığı uğrunda öz həyatımdan keçməyə hazıram. Əlbəttə, gec-tez Ermənistan Dağlıq Qarabağ və işğal etdiyi digər Azərbaycan ərazilərini geri qaytarmağa məcbur olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər