22 Avqust 2014 13:35
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Sinay yarımadasında dəhşətli yol qəzası baş verib. İki turist avtobusunun toqquşması nəticəsində azı 30 nəfər ölüb, 40-dan çox adam da xəsarət alıb.

ANS PRESS xəbər verir ki, bu barədə MENA xəbər agentliyi məlumat yayıb.

Avtlobuslar məşhur Şarm-əl-Şeyx kurortu yaxınlığında qəzaya uğrayıb.

"Reuters" xəbər agentliyi yaralılar arasında Rusiya, Ukrayna, Səudiyyə Ərəbistanı və Yəmən vətəndaşlarının olduğu barədə məlumat yayıb.


Müəllif: