18 Oktyabr 2018 12:07
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanını müdafiə etməyə çalışmıram. Dövlət katibi Pompeo Türkiyə və Səudiyyə Ərəbistanına səfər edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, əgər Türkiyədə varsa, Camal Qaşıqçı ilə bağlı səs və videogörüntüləri istəyir:

“Belə bir səs yazısı və ya videogörüntü varmı? Mən buna əmin deyiləm. Pompeo Türkiyədən qayıtdıqdan sonra bu mövzuda əhatəli bir hesabat təqdim edəcək. Dövlət katibindən ilk soruşacağım məsələ bu mövzuda olacaq”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşı Camal Qaşıqçı oktyabrın 2-də ölkəsinin İstanbuldakı konsulluğuna daxil olub və oradan çıxmayıb. Qərb mediası jurnalistin səfirlikdə qəddarlıqla öldürüldüyünü yazır. ABŞ Prezidenti Donald Tramp bu məsələni xüsusi diqqətdə saxlayacağını bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər